Universitetlərin elmi araşdırma mühiti

Dövlət universitetləri və ali təhsil araşdırma institutları (PRES) sizləri Fransada qəbul etməyə hazırdır.

 
Fransada 83 dövlət universiteti mövcuddur ki, onlar Dövlət tərəfindən maliyyələşdiyindən qəbul və məzun olma prosedurası çox ciddi nəzarətdə saxlanılır. Bu isə öz növbəsində illik təhsil haqqının ödəniləbilirliyini qorumaqla mükəmməl tədris səviyyəsini təklif edilməsidir.

Hər il universitetlərin qəbul etdiyi 80%-lik kontingentin 10%-i xarici tələbələrdən ibarətdir. Bütün fransız torpağında universitetlər həyatın müxtəlif sahələrinə uyğun təhsil proqramları təklif edir.

Fransada elmi araşdırmadakı əsas iştirakçılar

Universitetlər Fransada dövlətin elmi araşdırmalarının həyata keçirildiyi və inkişaf etdirildiyi yerlərdir. Təsadüfi deyildir ki, son dövlərdə fransız elminin qazandığı Nobel Mükafatları əsasən universitetlərin nailiyyətləridir.

Fransa dövləti “İnnovasiya və araşdırmaların milli strategiyası”-nı irəli sürmüşdür. Burada söhbət dörd illik araşdırmalar vasitəsilə biliklərin, texnologiya və sosiologiya və b. elmi sahələrin çatışmayan tərəfləri və səhvlərini müəyyənləşdirməkdən gedir.

Bu baxımdan, 2009/2012-ci illər üçün 3 istiqamət müəyyən edilmişdir:

  • Səhiyyə, qidalanma, biotexnologiya
  • Təcili ətraf mühit məsələləri və ekotexnologiya
  • İnformasiya, kommunikasiya və nanotexnologiya

Ölkədə 62 000 müəllim-araşdırmacılar tərəfindən “canlandırılan” 300-dən çox doktorluq məktəbi 1200 laboratoriya vasitəsilə elmi araşdırmanın daim inkişafını təmin edir.

 

Universitet tədrisində peşəkarlaşma

Universitetlər tərəfindən təklif olunan ali təhsil proqramları ilbəil daha çox bazar iqtisadiyyatına doğru açılır. Davam edən universitet tədris prosesində praktiki iş təcrübəsi (staj) keçən tələbələrin sayı 30%-ə qədərdir (Master 2-də isə 60%-ə qədər). Bu isə öz növbəsində təhsildən sonra peşəkar fəaliyyəti təmin edir.

Fransada bir illik universitet təhsili üçün qeydiyyat xərcləri Dövlət tərəfindən müəyyənləşir. 2012-2013-cü təhsil ili üçün son qiymətlər :
-181 € Bakalavr

-250 € Master

-380 € Doktor

-596 € Mühəndislik Məktəbləri

 

Ali təhsil araşdırma institutları (PRES)

 Ölkədə olan 20-ə yaxın PRES universitetlər, ixtisaslaşmış məktəblər və araşdırma orqanlarını, onların fəaliyyəti və üsullarını əlaqələndirir. PRES ilk öncə üzv orqanlar üçün inkişaf mexanizmidir. O beynəlxalq elmi yarışlarda fransız qurumlarının uğur qazanmasında əsas rolu oynayır. PRES bir və ya bir neçə üzv məktəb və universitetlər tərəfindən təklif olunan eyni və ya yaxın ixtisasların Master və Doktorluq səviyyəsində koordinasiya edilməsi işini də görür.

Tələbə həyatında PRES-lərin ən böyük rolu: yeni tələbələrin qəbulu, ev tapılmasına yardım, beynəlxalq tələbələrin inteqrasiyası (fransız dili kursları və s.) kimi vəzifələri icra etməsindədir ki, bu da öz növbəsində tələbələrin uğur qazanmasına böyük dəstəkdir.

Bir şərh yazın